AVTOMOBİL SEÇİMİNDƏ VƏ İSTİSMARINDA PROBLEMLƏR- MASHİNBAZARI ARAŞDIRMASI

Hörmətli istifadəçilər,

 
Sizə mashinbazari.com saytının son 6 aydakı avtomobil nasazlığı ilə bağlı müraciətlərinin nəticəri ilə tanış etmək istəyirik. Belə ki son 6 ayda avtomobilin texniki nasazlığı ilə bağlı online 3807 müraciət edilib(usta bölümünə), bundan əlavə 258 telefon zəngi78 emaillə sorğu göndərilib.
 
Ümümidə istifadəçilərin həm avtomobil alışında-satışında, həm də istismarin da əziyyət çəkdiklərinin bir daha  şahidi olduq. Bu məqsədlə mashinbazari.com saytında avtomobil alışı və satışı hissəsində yeni xidmət növü istifadəyə veriləcəkdir. Bununla satıcılar öz avtomobilini daha sürətli sata biləcək,alıcılar isə avtomobilin vəziyətini evdən çıxmadan biləcək. Əgər satıcı dogrudan da təmiz avtomobil satırsa bunu alıcı görəcək və heç bir makler olmadan doğrudanda səliqəli sürülmüş təmiz maşınlar oz alıcısını tapacaq.Hamı təmiz maşın almaq istəyir,digər tərəfdən ölkədə minlərlə maşın satılır. Seçim çoxdur hami da qeyd edir ki super maşındı problemi yoxdur.Alıcı bir-bir bu maşına baxmaq istəyəndə görür ki adətən maşında problem var.Bu həm vaxt itkisidir həm də alıcı inancını itirir. "Qurunun oduna yaş da yanır" məsələsi burda doğrudanda təmiz maşın satan insanlara təsir edir. Beləliklə təmiz maşın satışa qoyulur, amma alıcı elə bilir ki, bu yenədə xarab maşındı bunu aldadırlar. Elə bu problemi aradan qaldırmaq məqsədilə  inşallah qısa vaxtda yeni bir xidmət əlavə edəcəyik. Bununla artıq evdən çıxmadan təmiz maşın satan adam öz alıcısını tapacaq, digər tərəfdən alıcı da artıq bu maşını digərlərində fərqləndirə biləcək və evdə oturub butun hissələri haqqında məlumat alacaq. eyni zamanda gələcəkdə ehtimal olunan xərcləri və avtomobilin bu sürücüyə uyğunluğu(bəzən sürücü səhv avtomobil seçimi edir məs. istifadə məqsədini nəzərə almadan maşını səhv  seçir) ilə bağlı bizdən məlumat ala bilərlər
 
Bundan əlavə yeni bir bölmə açılacaq. "Ustanın Qarajı" adlanacaq bu bölmə sizin bizə yönləndirdiyiniz suallardan,problemlərdən ibarət olacaq. Suallarin həlli yollarını düzgün xidməti  inşallah ustanın qarajında izləyəcəksiniz.
 
Bizi izlədiyinizə görə təşəkkür edirik!
 
Hörmətlə,

Şahin Göyləroğlu