Hər ay mənə bu sənəti necə öyrənə bilərik sualları bir neçə dəfə verilir. Adətən təhsili olmayan, elmdə heç bir inkişafı tapa bilməyən adamlar sənətkar olmaq istəyir və bunu da ancaq klasik usta-şagird mübadiləsi ilə öyrənmək istəyir.
Avtomobil luks olmaqdan 1980-ci illərdən çıxmağa başladı. Avtomobillər artdıqca təbii ki ona xidmət servislərinə və ustalara ehtiyac artdı.Çoxalan avtomobillər bir növ gəlir mənbəyinə çevrilməyə başladı. Bu da usta-şagird əlaqəsini yaratdı. Bütün sistem mexanika qanunlarına görə işləyirdi və demək olar ki eyni işi görməkdən usta mühəndisdən daha çox bilməyə başlayırdı.
1990-ci illərdən avtomobillər daha çox elektronika ilə təchiz edilməyə başladı(əslində bu 1970 ci ildən başlayıb sadəcə bizə kütləvi gəlməmişdi) . Bu elektronika ustalığı bir az çətinləşdirsədə amma yenədə bəzi ustalar buna öyrənə bildi.Çünki mexanika qanunları işin təməlini təşkil edirdi. Belə desək 80 faiz mexanika 20 faiz elektronika.
2000 ci ildən Can-Bus liniyaları istifadə edilməyə başladı. Bu artıq mexanika ilə elektronikanın maşındakı payını 50/50 etdi. Bu halda artıq bir çox usta avtomobilə müdaxilə edə bilmədi.Bir coxlarınin əl qabiliyyəti onun təhsilsiz olmağının əksikliyini bağlaya bilmədi. Getdikcə avtomobilə olan limitli müdaxilə bu tip ustalardan müştərilərin qaçmağına gətirdi, nəticədə gəlirlər azaldı.
2007-ci ildən başlayaraq Flex Ray deyilən yeni bir elektronika sistemi istifadə edilməyə başladı. Daha yuksək təhlükəsizlik və daha yüksək sürət verən yeni elektronik sistem eyni zamanda avtomobilin 90 faizini əhatə etdi. Bundan əlavə program təminatı dəyişə bilən ,eyni zamanda hər detalı dəyişəndə təkrar programlama gərəkdirən avtomobillər istehsal edildi.
Belə olan halda usta əlindəki sadə instrument ilə avtomobil heç yaxın da dura bilmədi. Eyni zamanda özünə kömək edə bilməyən usta şagirdlərinə də kömək edə bilməyəcək. Beləliklə əldən öyrənmək, kitab oxumadan, təhsil-təlim almadan , muasir diaqnostika aparatlari və onların program təminatı olmadan avtomobili təmir etmək dövrü bitdi.
ELMİN MONOPOLİYASI
Artıq avtomobil sahəsi tam bir mopoliyaya gedir, bundan sonra usta olmaq üçün bu sahənin təhsilini almaq(özüdə yüksək səviyyədə) , son texnoloqiya aparatlara yiyələnmək, hər il təlimlərdə iştirak etmək, yeni programları təmin etmək, eyni zamanda ehtiyat hissəsini zamanında təmin etmək və test hissələrini yanında saxlamaq vacib olacaq. Bunun üçün həm lazımı təhsil, təcrübə və maliiyə gücünə ehtiyac var. Misal üçün deyim ki, illik yeniliklərlə tanış olmaq, seminarlara qatılmaq, program təminatlarını güncəlləmək hardasa illik 10000 euroya başa gəlir.
Gün keçdikcə programlarlar çoxalır, daha müasir sistemlər istifadə edilir. Artıq avtomobil demək olar ki yerini müasir robota verir. Belə deyəndə ilk agla gələn Steven Spielbergin “Transformers” filmidir. Əslində bu film o qədər də fantastik deyil yəni bu ğün maşınlar o qədər müasirləşiblər onlar demək olar ki, dönüb robot ola bilərlər.
Yaxın gələcəkdə avtomobil istehsalçıları, əsasən də qabaqcıl brendlər tam bir monopoliya edəcəklər(proses artıq başlayıb) 70 faiz bazara tam sahib olacaqlar və digər 30 faizi də dolayı yolla əllərində saxlayacaqlar( cihazlar, program təminatı, xüsusi ehtiyat hissələri əsasən də elektron hissələr)
Hörmətli,avtomobil ustası olmaq istəyən izləyicilərimiz sizdən xahiş edirəm ki, əgər bu işi bir sənət kimi, özünüzə bir karyera kimi ,bir biznes kimi düşünürsünüzsə bu haqda daha ciddi düşünün , əgər hər şeyi öyrənməyə həm zehni həm maddi gücünüz olmasa siz bu işdə nailiyyət əldə edə bilməyəcəksiniz. Yaxın gələcəkdə AVTOMOBİL SAHƏSİ ELMİ VƏ TEXNOLOJİK MONOPOLİYAYA CEVRİLƏCƏK. BƏS SİZ BUNA HAZIRSINIZMI?
Gələcəkdə 2 kəskin qütb olacaq qazananlar və uduzanlar .Bu TV Spotunda Audi bunu çox gözəl göstərib