AVTOMOBİLİ NECƏ TEZ SATIM? MASHİNBAZARİ.COM SALE SUPPORT SERVİCE(SATIŞ DƏSTƏK XİDMƏTİ)

AVTOMOBİLİ NECƏ TEZ SATIM? MASHİNBAZARİ.COM SALE SUPPORT SERVİCE(SATIŞ DƏSTƏK XİDMƏTİ)


Avtomobili satmaq bu gün müşgülə çevrilib. Satıcı avtomobilini satışa qoyur və gözləyir. Satış olmayanda ilk ağla gələn şey “ Görəsən baha qoymamışam? Görəsən bunn real qiyməti nədir?” Satıcını narahat edən bu sualı biyə tez tez verirlər. Bizdə mümkün qədər məsləhətlərimiy veririk amma təəssuf ki işi kütləvi edə bilmirik.


Bu işdə xidmətimizi yaxşılaşdırmaq məqsədilə qısa müddətdə yeni bir bir xidmətimizi təklif edəcəyik. Belə ki, mashinbazarı.com öz araşdırmalarını satıcıların satışına dəstək olmaq məqsədilə paylaşacaq. SALE SUPPORT SERVİCE (Satış Dəstək Xidməti) adlanacaq sistemimiz 2 hissədən ibarətdir.


  1. 1.BAZAR QİYMƏTİ DƏSTƏYİ

  2.  

  3. 2.REAL QİYMƏT DƏSTƏYİ VƏ MÜŞTƏRİYƏ YÖNLƏNDİRMƏ


BAZAR QİYMƏTİ DƏSTƏYİ nədir?


Satıcı avtomobilini satışa qoyandan sonra ona sistem daxili(istifadəci panelində) avtomobili qiyməti ilə bağlı məlumat gəlir. Bu məlumatda satılan avtomoblin bazardakı təqribi qiyməti( bu bizim bazamız ilə yoxlanıldaqdan sonra, bazarda satılan digər bənzər modellər ilə müqayisə edilməklə) bildirilir.

 Məsələn:

 

“Siz avtomobili ümumi bazardakı digər bənzəri modellərin 43%-indən daha baha təklif edirsiniz. Təkrar istifadə bazarında bu avtomobil 9800- 13800 usd arası təklif edilir.

Əgət siz qiyməti dəyisdirsəniz o zaman avtomobli satmaq şansınız artacaq.Sizin satdığınız modelin bazardaki populyarlığı faizle bildirilecek” 

 

istifadəçiyə bu tipli mesaj gələ bilər. Belə olan halda istifadəçi yenidən oz profilinə girib qiyməti bazardakı təklifin minimum həddinə gətirirsə bu avtomobil satışda xüsusi işarə ilə çixacaq ki, bu maşin bazarda təklif edilən ən ucuz maşınlardan biridir. Bu da təbii olaraq həm alıcı cəlb edəcək həm də satıcı bazardakı vəziyyətdən xəbərdar olacaq beləliklə “ görəsən baha satmıram? Bunun qiyməti görən nədir” fikirləri olmayacaq. Bununla biz öz araşdırma bazamızı istifadəçimizlə paylaşacağıq.



REAL QİYMƏT DƏSTƏYİ VƏ MÜŞTƏRİYƏ YÖNLƏNDİRMƏ


Bu bizim dəstək programının 2ci hissəsidir. Qısa zamanda o da aktivləşəcəkdir. Bazar qiymətləndirməsi müştəriyə avtomatik məsləhət xarakterli gələcək(yuxarıda qeyd edilib) amma bu sadəcə bazardakı qiyməti göstərir(bazardakı tələb təklifi əks etdirir).Ola bilər ki sizin avtomobil ideal vəziyyətdədir(ya da tərsinə maşının ili təzədir amma vəziyyəti pisdir) . Biz belə olanda sizin avtomobilin real qiymətini dəqiqləşdiririk(real qiymət bazar orta dəyəri+texniki dəyəri kimi hesablanır) .Ona 100 bal üzərindən texniki rəy veririk. Bunu həm saytımızın xüsusi yerində reklam edirik,eyni zamanda bizdən məsləhətli maşın istəyən istifadəçilərimizə bildirəcəyik(avtomobil haqqında detallı informasiya , onun texniki vəziyyəti, dəyərləndirilməsi, bazardakı qiyməti və digər məlumatlar email vasitəsilə real avtomobil istəyənlərə gedəcək) Qeyd etmək istəyirəm ki artıq istifadəçi sayı 10000-nə yaxınlaşır.


Beləliklə biz satıcıya mümkün qədər yardım edəcəyik. Digər tərəfdən alıcı da aldanmasın deyə ona da bu məlumatları verəcəyik ki, Yaxşı maşın satanla Yaxşı maşın almaq istəyən bir-birini tapsın. Satış sürətlənsin , iki tərəf də itki verməsin, maşına qoyulan sərmayə batmasın və s.


Ümumiyyətlə klasik elan saytlarından fəqrli olaraq , biz mashinbazari.com saytının hər zaman yeniliklər gətirəcəyini öncədən bildirmişdik. Bu xidməti də işə salandan sonra proyekt 48 faiz yerine yetirilmiş olacaq. İnşallah, Allahın köməyi ilə gələcəkdə sizə DAHA MÜKƏMMƏL xidmətlər təklif edəcəyik.

 

Bügünə qədər çoxsaylı təşəkkür emailləri almışıq. Cox təşəkkür edirik ki, bizi izləyirsiniz. Xidmətlərimizi daha da yaxşı eləmək və bugünün ehtiyacı yönlü etmək bizim hədəfimizdir. Bu yolda bizə öz ideya və təkliflərinizi versəniz çox sevinərik və gələcəkdə o xidmətləri verməyə calışarıq.

 

 


Mashinbazarı.com


Yeni Dövr Başladı