Hər bir sürücü istənilən halda istər maşını köhnə olsun və ya təzə olsun o avtomobildə periodik baxışı həyata keçirməli və bu haqqda məlumatlı olmalıdır. Düzdü bu sahədə mütəxəssis olmaq lazım deyil sadəcə kontrol edəcək qədər məlumatlı olmaq gərəkir. Bu yazını sizin suallarınız əsasında yazıram ola bilər bu məsələlər dəfələrlə danışılıb və yazılıb . Amma ki yenədə suallar gəlir və görürəm ki sürücülər yenədə səhv edir, bəzən bu səhvlər matorun və ya digər hissələrin tam və ya qismən məhv olmasina gətirib çıxardır.Əlavə və gözlənilməz xərclər yaranır. Suallar çoxdur ona görə bu yazını 2 hissəli yazacam.
1.Sual: Usta mən maşına 10w40 yağı tökürəm bu normaldırmı?
Azərbaycanda nəyəsə görə yağ deyəndə 10w40, 5w40 və ya 15w40 kimi basha dusurler. Amma ki bu sadəcə bir normadir. Nə keyfiyyətə, nə də avtomobilə uyğunluğa dəxli yoxdur.
2. Sual: Motorda səs var, amma bilmirəm nə yağı töküblər. Usta yağdan olar? Hörmətli sürücü bu maşın sizindir və xərci də sizindir. Ona görə siz məcbursunuz ki , maşına tökülən yağın tam və dəqiq adını biləsiniz. Əks halda matordan səs də gələr hələ bəlkə dağılarda. Siz axı pul verirsiniz ki, maşınınıza qulluq edəsiniz. Əgər siz pul verirsiniz və nə aldığınızı bilmirsinizsə onda belə olan halda ustanın və ya satıcının sizi aldatması ehtimalı yüksələr. Ona görə də bu sual yaranmasın deyə hər seyə fikir verin. Siz fikir verməyəndə ustaların çoxu bundan istifadə edir.
3. Sual: Mənim maşınım yağ yeyir ,başqa yağ töksəm düzələr?
Hörmətli istifadəçilərimiz, əgər maşın yağ yeyirsə onu ancaq təmir etmək lazımdır. Buna yağ kömək etmir. Amma əgər yağ başqa şeylərdən ( yağın quruyaraq, qatranlaşaraq başqa formaya keçməsindən tutmuş digər yağ itkilərinə qədər) azalirsa onda başqa yağa keçmək sizə kömək edə bilər.
4. Sual :Mən bahalı yağ tökürəm amma maşında yenədə problem var. Mən nə edim?
Hörmətli istifadəçilərimiz, adətən bahalı yağ deməkli iş düzəlmir. Çünki əksər halda yağ dəyişmə ya da servis sizə ucuz yağı baha satır. Bundan əlavə hətta ən yaxşı bahalı firmaların 200-cür yağı olur. Deməli hətta siz bahalı yağ alsanız belə onu duzgün seçməsəniz bu da mühərrikə ya da digər güc aqreqatına ziyan vura bilər.