YUMRU FARA YAXŞIDI, AMMA Kİ PANORAMA MƏSLƏHƏT DEYİL?
Hal hazırda Azərbaycan da ən çox istifadə edilən avtomobil Mercedesdir.
Bu ölkə da varlı Mercedes sürür, kasıb da Mercedes sürür. Bilən də Mercedes sürür , bilməyən də Mercedes sürür.
Ona görə Mercedes haqqında müxtəlif "Nağıllar" formalaşır.
Bunlardan biri haqqında qısaca bildirməl istərdim. Guya ki, Mercedes W210(yumru fara dedikləri) yaxşı imiş w211 pis imiş(panorama dedikləri). Bir çox adam da buna inanır. Halbuki bu sadəcə nağıldır.Mercedes E-klass həmişə E -klass olaraq qalır və bunun bir standartı var.
Məs. 15 il əvvət hələ W210 (yumru fara dedikləri) təzə-təzə Azərbaycana kütləvi şəkildə gələndə hamı deyirdi hayıf deyil W124 (yeni yeşka dedikləri) İndi isə deyirlət W210 yaxşıdır. Deməli maşını kəşf elədikcə, maşının ustası və ehtiyat hissə çoxaldıqca bizimkilər o maşını bəyənməyə başlayır halbuki maşın dəyişmədi elə eyni keyfiyyətdə qaldı.
Hörmətli istifadəçilər əgər panoram W211 almaq istəniz və sağlam maşın tapsanız heç bir narahatçılıq keçirmədən bu avtomobili ala bilərsiniz.
Bəs bu maşını niyə pisləyirlər? Adətən bu maşını 2 səbəbə görə pisləyirlər
bunlardan biri odur ki , hələ ki müasir texnikadan istifadə edə bilmirlər ona görə onu tez sıradan çıxardırlar
ikincisi isə avtomobil pis halda alırlar və çox xərc edir ona görə deyirlər ki pisdir.
Əslində isə E-klass illərdir ki yüksək və bir-birinə bənzər keyfiyyətdə buraxılır.