AVTOMOBIL USTASI KIMƏ DEYİLİR VƏ NECƏ OLMALIDIR?
Bu sözü demək olar ki , hər gün eşidirik filankəs usta deyil behmenkes usta deyil.
Bəs usta necə olmalıdır ki?
Usta sözünün mənasi işini bilən , öz işində daha dərin elmə və təcrübəyə sahib olan adam başa düşülür.
Bəs avtomobil ustası necə olmalıdır?
Əslində Azərbaycanda bunun standartı olmadığna görə mən Almaniyadan misal gətirəcəm. Bundan sonra siz özünüz qərar verərsiniz bizim ustalara sən usta deyilsen demeyə dəyər ya yox.
Almaniyada ilk öncə 3,5 il peşə təhsili alınır(bundan əlavə universitetdə avtomobil təhsili var amma onlar mühəndis olur usta olmurlar adətən) və bu müddətdə bir servisdə işləmək məcburidir. Bu təhsil bitdikdən sonra bu şəxs sadəcə işçi olmaq, bir növ fəhləlik haqqı qazanır. BU adamlar servis(bizim dildə desək boks) açmaq haqqına sahib olmur. Bu adamlar yalnız olaraq avtomobili düzəltməK haqqı olmur. Bu haqq yalnız Ustaya aid olur( Almancaq Meister)
Bəs Usta(MEİSTER) olmaq üçün nə lazımdır?
Bunun üçün 1 il işləmək və ondan sonra Usta təhsili alaraq (bu da 1il cəkir) imtahan verib ustalıq sənədi almaq lazımdır. Bu ustalıq səsnədi isə ömürlük deyil 2 ildən bir təkrar yoxlanılmalı və yeniliklərlə bağlı təlimlər alınmalıdır. Ustalıq sənədi usta öz işini düzgün eləməsə və bu sübut edilsə ləgv edilə bilər.
İndi isə bizim ustalara baxaq, adətən şagirdlik ilə inkişaf edən, müasir texniki görməyən ,yalnız sökdüyünü bilən, sənədsiz ,təhsilsiz və standartsız bu insanlar çalışır ki , sizə maksimum yardım eləsin. (düzdü bəziləri haqqsızlıq da edir) Onlar bir çox çətinliklə bu işi öyrənməyə, bəzən bir müasir aparatın 10 dəq elədiyini o aparatsız necə 1 saata elemək olar yollarını axtaran.Bəzən isə öz təcrübəsi ilə məktəb yaradan insanlardır.
Hörmətli istifadəçilər bəzən "Sən usta deyilsən deyəndə " həm də nəzərə alın ki, bu adamlar bu işi heç bir təhsilsiz və məlumatsız edir. İmkan daxilində sizə kömək elemək istəyirlər.