SIZCƏ ONLİNE EHTİYYAT HİSSƏSİ MAQAZİNİ NECƏ OLMALIDIR?
Hörmətli istifadəçilərimiz
İnşallah çox qısa zamanda mashinbazari.com saytında yeni bir online ehtiyat hissəsi satışı bölümü açılacaq(hal hazırda olandan tam fərqlidir) . Şəhərimizin müxtəlif yerlərində yerləşən 9 ehtiyat hissəsi satan şirkət və ya fiziki şəxs oz maqazinləri ilə qoşulmağı planlaşdırır. Demäk olar ki, 30000 etrafinda müxtəlif ehtiyat hissələri olacaq.
Amma kiçik bir problemimiz var. İstifadəçi bu ehtiyat hissəsini necə tapmağı arzulayar? Çunki bu 30000 ehtiyat hissəsindən sadəcə 1000 dənəsi sizə uyğun ola bilər. Avropa və Amerika da adeten ehtiyat hissəsini OE nömrəsinə görə axtarırlar. Azərbaycan çox sürücü bunun nə olduğunu bilmir. Bizdə isə sürücü adətən maqazinə yaxınlaşır " Qardas bundan sizdə var?" deyir.
Bəs bizim online ehtiyat hissəsi axtarışı bölümü necə olsun ki sizə rahat olsun?
Xahis edirəm fikirlərinizi paylaşın.
Sizdən evdən, ofisdən oturub necə öz maşınıza aid olan hissəni axtarmağı istərdiniz?